23 
Fev
2022
18:48
441

Keçmiş müdafiə naziri Gürcüstan prezidentinin baş müşaviri təyin edilib

Keçmiş müdafiə naziri Davit Tevzadze Gürcüstan prezidentinin baş müşaviri təyin edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Prezident Administrasiyasının saytında qeyd ollunub.

Məlumata görə, Davit Tevzadze bu vəzifəni 2022-ci il fevralın 21-dən icra edir.

Məlumat üçün bildirək ki, 1998-2004-cü illərdə Davit Tevzadze Gürcüstanın müdafiə naziri və Silahlı Qüvvələrin Ali Baş Komandanı, Milli Təhlükəsizlik Şurasının üzvü, 2004-cü ildə Gürcüstanın NATO-dakı səfiri olub. 2004-2005-ci illərdə strateji tədqiqatlar qrupuna rəhbərlik etmişdir. 2004-cü ildən ehtiyatdadır. 2017-ci ildən Veteranların İşləri üzrə Dövlət Xidməti direktorunun müşaviri vəzifəsində çalışır.

Bizimlə əlaqə saxlayın