25 
Fev
2022
13:26
384

Ğaribaşvili parlamentin növbədənkənar iclasında iştirak etmək fikrində olmadığını açıqlayaraq belə izah etdi

Ukraynada baş verən hadisələrə görə, baş nazir İrakli Ğaribaşvili parlamentin növbədənkənar iclasında iştirak etmək fikrində olmadığını açıqlayıb.

lnterPress.ge xəbər verir ki, Ğaribaşvili müxalifətin istəyinin təxribatlar təşkil etmək və 2008-ci ilin avqust müharibəsində qarşısını almaq mümkün olmayan faciəni təkrarlamaq olduğunu bildirib.

“Əlbəttə,  parlamentə getməyəcəyəm. Mənim öz işim parlamentin də öz işi var.  Müharibə Ukraynada  gedir. Biz orada baş verənləri narahatlıq və böyük diqqətlə izləyirik, lakin opponentlərin yaratdığı hay-küy məsuliyyətsizlik və zərərdən başqa bir şey deyil. Bu ancaq bizim milli dəyərlərimizə qarşı çıxmaqdır. Onların istəyi təxribatlar təşkil etmək və 2008-ci ilin avqust müharibəsində qarşısını almaq mümkün olmayan faciəni təkrarlamaqdır. Mən sizə bu haqda danışmaq istəyirəm, 2008-ci il müharibəsində qəhrəman əsgərlərimiz fədakarlıqla vuruşanda o vaxtkı hakimiyyət, yaxşı xatırlayırsınız, keçmiş baş komandan öz biabırçı davranışlarını hər yerdə göstərirdi. Dünya və millət vəkilləri isə xaricə qaçırdı",- deyə  Ğaribaşvil bildirib.

Bizimlə əlaqə saxlayın