03 
Mar
2022
11:01
585

Gürcüstanda son 24 saat ərzində koronavirusa yoluxanların sayı açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 3 115 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 619 274 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 11 767 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 529 623 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, 43 nəfər ölüb və ölənlərin ümumi sayı 16 274 nəfər təşkil edib.
 

Bizimlə əlaqə saxlayın