11 
Iyn
2020
14:22
1241

Dövlət naziri istefa verdi

Barışıq və Vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili istefa verdi.

InterPress.ge xəbər verir ki, Gürcüstanın Baş naziri Giorgi Qaxaria, Ketevan Tsixelaşviliyə etdiyi işlərə görə təşəkkür edib.

Hökumət başçısı qeyd etdi ki, nazir xanım Ketevan bir çox vacib təşəbbüslər, o cümlədən “Daha yaxşı gələcəyə addım” layihəsini həyata keçirdi.

Baş nazirin sözlərinə görə, Ketevan Tsixelaşvili diplomatik xidmətdə işini davam etdirəcək. Onun yerinə gəldikdə, hökumət başçısının sözlərinə görə, bu barədə ictimaiyyətə daha sonra məlumat veriləcəkdir.

"Diplomatik cəbhədə işini davam etdirəcək və əminəm ki, onun keyfiyyətləri, biliyi və toplanmış təcrübəsi ölkəmizdəki diplomatik nailiyyətlərimizin Avropa istiqamətində daha da dərinləşməsinə və yüksəlməsinə kömək edəcəkdir. Xanım Ketevanın yerinə bu çox məsuliyyətli vəzifədə kimin yer alacağı barədə daha sonra ictimaiyyətə məlumat verəcəyik "dedi Qaxaria.

Bizimlə əlaqə saxlayın