04 
Apr
2022
10:49
626

Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 208 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 649 430 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 685 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 628 643 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, 2 nəfər ölüb və ölənlərin ümumi sayı 16 758 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın