05 
Apr
2022
16:39
692

Moped və kvadrosiklləri qeydiyyatdan keçirmək istəyənlərin nəzərinə...

Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə qanunvericiliyə edilən dəyişikliyə əsasən, mopedlərin, yüngül kvadrosikllərin və yüngül motosikllərin ilkin qeydiyyatı üçün sadələşdirilmiş qayda tətbiq edilib.

lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Həyata keçirilən qanunvericilik dəyişikliyinə əsasən, Daxili İşlər Nazirliyinin xidmət agentliyində maraqlanan şəxsin, mühərrikinin həcmi 50 kubsantimetr, maksimal gücü 4 kVt-dan çox olmayan moped, yüngül kvadriskl və yüngül motosikl üçün artıq ilkin qeydiyyat zamanı gömrük öhdəliyinin yerinə yetirilməsini təsdiq edən sənədin təqdim etməsinə ehtiyac qalmayacaq.

Agentliyin məlumatına görə, bundan əlavə, maraqlanan şəxs nəqliyyat vasitəsinə mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim etmədikdə, ilkin qeydiyyat onun yazılı ərizəsi əsasında aparılacaq və o, təqdim etdiyi avtomobilin mülkiyyət hüququnu təsdiq edəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər