06 
Apr
2022
11:20
709

Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 376 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 650 384 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 234 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 629 266 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, 4 nəfər ölüb və ölənlərin ümumi sayı 16 765 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər