Maliyyə Nazirliyinin İstintaq Xidməti 46 çağrı mərkəzinə daxil olub
Aparılan araşdırmalar çərçivəsində indiyədək 46 çağrı mərkəzi müəyyən edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə naziri Laşa Xuçişvili hökumət iclasından sonra bildirib.
“Artıq hazırkı mərhələdə Maliyyə Nazirliyinin İstintaq Xidməti 46 çağrı mərkəzinə daxil olub və orada qanunsuz fəaliyyətin baş verə biləcəyini aşkarlayıb. Bu çağrı mərkəzlərinin fəaliyyəti dayandırılıb və müxtəlif istiqamətlərdə araşdırmalar aparılır, müvafiq ekspertizalar təyin edilib, vergi yoxlamaları təyin edilib və indiki mərhələdə dediyim kimi, 46 çağrı mərkəzi müəyyən edilib”, - deyə Laşa Xuçişvili bildirib.
Nazir bildirib ki, gələcəkdə bu mövzuda qanunvericilikdə dəyişikliklərə başlanılacaq.
Məlumat üçün bildirək ki, çağrı mərkəzlərinin işi üzrə prokurorluq artıq bir neçə nəfəri saxlayıb.


