14 
Apr
2022
15:47
754

Fövqəladə hallarda bu dərmanlar reseptsiz veriləcək

Zəruri hallarda antiaritmik, spazmolitik, təzyiq reduktoru, antiallergik, anafilaktik şok, sidikqovucu, antidiyabetik, antihipertenziv dərmanlar, həmçinin bronxial astma və angina pektorisi reseptsiz təyin oluna bilər.

lnterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, kaptopril, deksametazon, epinefrin, furosemid, qlükoza, insulin, salbutamol, nifedipin, amiokordin, atropin, difenhidramin, qlibenklamid, metformin, metoprolol, prednizolon, nitroglon və zəruri hallarda digər dərman növlərini reseptsiz almaq mümkündür.

“Sözügedən istisna, martın 1-dən resepti artıq matrial formada (kağızda) verilməyəcək və yalnız elektron formada yazılacaq ikinci qrup dərman vasitələrinə aiddir.

 Daha az ağır yan təsirləri ilə xarakterizə olunan III qrup dərmanlar da reseptsiz veriləcək. Oxşar dərman növləri: analjezik, antipiretik, soyuqdəymə, mədə-bağırsaq dərmanları və s.

Fövqəladə hallarda ehtiyac duyulan reseptsiz dərmanların siyahısı: https://www.moh.gov.ge/uploads/files/2022/14.04.21.pdf, - deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər