27 
Apr
2022
10:58
594

Gürcüstanda koronavirusun bu günə olan statistikası açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 290 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 654 665 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 80 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 636 188 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, ölkədə son 24 saat ərzində 2 ölüm halı qeydə alınıb və ölənlərin ümumi sayı 16 802 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın