07 
May
2022
14:42
2882

Gürcüstanda yağışlı hava bu tarixədək davam edəcək- Qar gözlənilir

Mayın 10-dək Gürcüstanın əksər ərazilərində yağıntı gözlənilir. 

InterPress.ge xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi Milli Agentliyinin Monitorinq və Proqnozlaşdırma Mərkəzinin qısamüddətli proqnozlar şöbəsinin rəhbəri Dodo Qvazava məlumat verib. 

Məlumata görə, mayın 7-8-də günün birinci yarısında Gürcüstanın əksər ərazilərində yağış yağacağı gözlənilir. Gecə dağlıq ərazilərdə qar yağacaq.

“Hələlik havanın temperaturunda ciddi artım gözlənilmir. Mayın 10-dək Qərbi Gürcüstanın aran rayonlarında maksimal temperatur 10-15 dərəcə civarında olacaq. Şərqi Gürcüstanda bu gün əksər rayonlarda yağış yağır, sabah intensivlik zəifləyəcək, günün ikinci yarısında isə əksər rayonlarda arabir kəsiləcək.

Paytaxtda zəif yağış davam edəcək. Qərb küləyinin əsəcəyi gözlənilir ki, bu da şəhərətrafı ərazilərdə güclənəcək", - Qvazava bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər