12 
Iyn
2022
09:11
402

ABŞ dövlət katibinin köməkçisi Gürcüstana səfər edəcək

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək. 

InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında məlumat yerləşdirilib

Məlumata görə, Karen Donfrid iyunun 17-də Gürcüstana səfər edəcək və prezident Salome Zurabişvilinin təşkil etdiyi qadınların beynəlxalq konfransında iştirak edəcək. O, burada Gürcüstanın baş naziri İrakli Qaribaşvili və digər hökumət rəsmiləri ilə də görüşəcək.

Dövlət Departamentinin verdiyi məlumata görə, müxalifət və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdə Kremlin Ukraynaya qarşı əsassız müharibəsi və ABŞ-ın beynəlxalq səviyyədə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyinin müzakirəsi planlaşdırılır.

“Dövlət katibinin köməkçisinin müzakirə edəcəyi məsələlərdən biri ABŞ-ın Gürcüstanın gələcək demokratik inkişafına, qanunun aliliyinə, iqtisadiyyatın şaxələndirilməsinə və firavan gələcəyin qurulmasına necə kömək edə biləcəyidir", - məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər