DİN “Oğru dünyası” ilə əlaqəsi olan 8 nəfəri saxladı, 1 nəfərə isə qiyabi ittiham irəli sürüldü
Mərkəzi Kriminal Polis İdarəsinin və Acarıstan Polis İdarəsinin əməkdaşları Acarıstanda Baş Prokurorluqla birgə həyata keçirdikləri kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlar arasında maliyyə mübahisəsinin “oğru yolu ilə həll” faktını aşkarlayıblar, “oğru dünyası” ilə əlaqəsi olan 8 nəfər saxlanılıb, 1 nəfərə qarşı isə qiyabi ittiham irəli sürülüb.
InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Hüquq-mühafizə orqanları 1982-ci il təvəllüdlü L.D., 1965-ci il təvəllüdlü Q.X.( “Roma Batumski” ləqəbli Roman Xmaladzenin qardaşı) və 1978-ci il təvəllüdlü Z.T. -ni oğru dünyasına üzv olmaq ittihamı ilə, 1964-cü il təvəllüdlü D.K. ("Aslan Batumski" ləqəbli Aslan Kobuladzenin qardaşı) və 1973-cü il təvəllüdlü A.D.-ni (“Paçiça” ləqəbli) “oğru dünyası”nın fəaliyyətinə dəstək vermək ittihamı ilə saxlayıblar.
Bundan başqa, qardaşlar - 1964-cü il təvəllüdlü C.B. və 1968-ci il təvəllüdlü C.B, eləcə də onların əmisi oğlu, 1967-ci il təvəllüdlü R.K. (“Kamo” ləqəbli) “oğru dünyası”nın üzvünə müraciət etdiyi üçün saxlanılıb.
1984-cü il təvəllüdlü ("Balu" ləqəbli) R.Z.-yə gəlincə, "oğru dünyası"na üzv olmaqda qiyabi ittiham irəli sürülüb.
“Oğru aləmi”nə üzvlük, “Oğru aləmi”nin fəaliyyətinə dəstək və “Oğru dünyası” üzvlərinə müraciət faktları üzrə araşdırma aparılır.
Cinayətlər 3 ildən 10 ilə qədər həbs cəzası nəzərdə tutur.


