26 
Iyn
2022
11:13
367

Rus işğalçıları Severodonetsk şəhərini tam nəzarətə götürüblər

Rus işğalçıları Severodonetsk şəhərini tam nəzarətə götürüblər. Ukrayna Müdafiə Qüvvələri daha yaxşı müdafiə mövqelərinə keçib.

InterPress.ge xəbər verir ki, bu barədə Severodonetsk şəhər hərbi-mülki administrasiyasının rəhbəri Aleksandr Struk bildirib.

“Şəhər Rusiya Federasiyasının tam işğalı altındadır, orada nizam-intizam yaratmağa çalışırlar.  Bildiyimə görə, “komendant” təyin olunub, bəzi aktivləri yığırlar. Onlara elə gəlir ki, bunu etmək lazımdır.  Digər tərəfdən, şəhər o qədər viran qalıb ki, açığını desəm, insanlar orada olmaqda çətinlik çəkəcəklər. Biz ümid edirik ki, şəhər tezliklə Ukraynanın nəzarətinə qayıdacaq”, - Struk bildirib.

Onun sözlərinə görə, əhali işğal altında olan Severodonetski yalnız işğal olunmuş ərazilər istiqamətində tərk edə bilər.

"Ukraynanın nəzarətində olan əraziyə daxil olmaq imkanı olarsa, əlbəttə ki, biz kömək edəcəyik, amma əslində belə bir imkan yoxdur", - Struk bildirib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər