27 
Iyn
2022
19:20
366

Pşavidə turist cəsədi tapılıb

Pşavidə turistin cəsədi seldə tapılıb. 

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Hallar İdarəsi yayıb.

"Daxili İşlər Nazirliyinin "112" İctimai Təhlükəsizliyi İdarəetmə Mərkəzinə Pşavidə əcnəbi vətəndaşın motosikletlə çaya düşərək itkin düşməsi barədə məlumat daxil olub.

Xəbərdarlıq daxil olan kimi Fövqəladə Hallar İdarəsi itkin düşmüş şəxsin tapılması üçün müvafiq axtarışlara başlayıb. Fövqəladə vəziyyət zonasında çalışan Yanğından Mühafizə və Xilasetmə Hissəsinin qrupları qısa müddətdə prosesə cəlb olunub, onlar çətin relyefə və çayın səviyyəsinə baxmayaraq, Araqvi çayının su səthinə və sahil zolağına baxış keçirib.

Vətəndaşın axtarış-xilasetmə tədbirləri çərçivəsində xidmətin əməkdaşları kişi meyiti aşkarlayıblar”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər