01 
Iyl
2022
09:36
291

Bu gündən etibarən Çexiya Avropa İttifaqına sədr ölkədir

Bu gündən etibarən Çexiya Avropa İttifaqına sədr ölkədir.  

InterPress.ge xəbər verir ki, bu statusun Fransadan verilməsinin rəsmi mərasimi NATO-nun Madriddə keçirilən sammitində baş tutub.  

Bu gün Çexiyanın şərqində yerləşən Litomişl şəhərində Çexiya və Avropa Komissiyasının birgə iclası keçiriləcək.

Çexiya hakimiyyətindən verilən məlumata, Aİ-yə sədrlik dövründə onların prioritetləri Ukraynaya dəstək, müharibənin yaratdığı immiqrasiya böhranını həll etmək, Aİ-nin enerji təhlükəsizliyini və müdafiə qabiliyyətini gücləndirmək olacaq. Çexiya onların Avropa İttifaqına sədrliyi dövründə NATO ilə bəyannamə imzalayacağına ümid etdiyini bildirib.

Çexiya Avropa İttifaqının genişlənməsini fəal şəkildə dəstəkləyir. Bundan əlavə, Praqa həmçinin yeni üzvlər -  Xorvatiya, Bolqarıstan və Rumıniyanın Şengen zonasına qəbul edilməsinin tərəfdarıdır.

Çexiyanın sədrliyi dövründə Praqada Aİ liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək və onun əsas mövzusu Aİ-yə daxil olmayan ölkələrin də daxil olacağı yeni Avropa İttifaqı olacaq. Oktyabrda qeyri-rəsmi sammit keçiriləcək.

Çexiya altı ay müddətində Avropa İttifaqının sədri olacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər