05 
Iyl
2022
15:53
269

İstintaq xidməti müəyyən məbləğdə pul müqabilində vətəndaşları peyvənd olunmuş şəxs kimi qeydiyyata alan tibb bacısını saxladı

Maliyyə Nazirliyinin İstintaq xidmətinin əməkdaşları tibb bacısını vəzifə səlahiyyətlərindən sui-istifadə və kommersiya rüşvətxorluğu ilə məşğul olduğu üçün saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

Məlumata görə, Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Sameqrelo rayonunda tibb müəssisəsinin tibb bacısı vətəndaşları immunizasiyanın idarə edilməsinin elektron modulunda klinikaya gəlmədən peyvənd olunmuş şəxs kimi qeyd etmiş, onlardan müəyyən məbləğdə pul almışdır.

“Artıq cinayət üzrə 15 vətəndaş ifşa olunub ki, onlar da öz növbəsində 300 lariyə qədər pul müqabilində qanun pozuntusu ilə peyvənd olunmuş şəxs kimi qeydiyyata alınıblar.

İlkin məlumatlara görə, qeyd olunan cinayət yolu ilə peyvəndin idarə olunmasının elektron modulunda onlarla əlavə şəxs qeydiyyata alınıb və onların müəyyən edilərək ifşa olunması istiqamətində müvafiq tədbirlər görülür.

İş üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin cəza olaraq 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 220 və 221-ci maddələri ilə davam etdirilir”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın