05 
Iyl
2022
16:35
743

Xüsusi İstintaq Xidməti cəzaçəkmə müəssisəsində baş vermiş qətl hadisəsi ilə bağlı cinayət işi açıb

Xüsusi İstintaq Xidməti tərəfindən 2021-ci il iyulun 26-da cəzaçəkmə müəssisəsində məhbuslar arasında dava zamanı baş vermiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.

lnterPress.ge xəbər verir ki, bu barədə məlumatı Xüsusi İstintaq Xidməti yayıb.

Qurumdan verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, 26 iyul 2021-ci il tarixdə 17 saylı cəzaçəkmə müəssisəsinin məhkumu İ.Ç. ilə həmin müəssisənin məhbusu Ş.A. arasında yaranan şifahi mübahisə, daha sonra fiziki qarşıdurmaya çevrilib, təqsirləndirilən məhbus dava zamanı qisas məqsədi ilə onunla münaqişədə olan məhkum Ş.A.- nı bağlayaraq öldürmək məqsədi ilə metal korpusu olan stol və döşəməyə möhkəm çırpıb.

“Zorakılıq nəticəsində, başının müxtəlif nahiyələrindən həyati təhlükəsi olmayan xəsarətlər alan məhbus hadisədən bir neçə dəqiqə sonra tibbi yardım göstərilməsinə baxmayaraq, 17 saylı müəssisənin tibb məntəqəsində dünyasını dəyişib.

Qeyd olunan faktla bağlı Dövlət Müfəttişliyi tərəfindən 26 iyul 2021-ci il tarixdə araşdırmalara başlanaraq bütün zəruri istintaq hərəkətləri həyata keçirilib, 2022-ci il martın 1-dən isə iş üzrə istintaq Xüsusi İstintaq Xidməti tərəfindən davam etdirilib.

Araşdırma zamanı hadisə yerindən bioloji material nümunələri, tamponlar və digər maddi sübutlar götürülüb. Xüsusi penitensiar xidmətin əməkdaşları, məhkumlar, tibbi ekspert və iş üzrə təmasda olan digər şəxslər də daxil olmaqla 100-ə yaxın şəxs dindirilib.

Həmçinin, istintaq variantını yoxlamaq məqsədilə 17 saylı cəzaçəkmə müəssisəsində istintaq eksperimenti keçirilib. Həmin müəssisədə yerləşdirilən müşahidə videokameralarının qeydləri Xüsusi Penitensiar Xidmətdən tələb olunub.

Qətlin faktiki şəraitini müəyyən etmək üçün, mühüm sübutlar əldə edildikdən sonra Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən məhbusun barəsində ittiham aktı çıxarılıb”, - deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın