06 
Iyl
2022
16:19
993

Bu metalların qiyməti ucuzlaşıb

Misin qiyməti son 19 ayın minimumuna düşüb.

lnterPress.ge xəbər verir ki,  London Metal Birjasında onun dəyəri bu gün 2,7% azalaraq bir ton üçün 7 462 dollar təşkil edib.

Bundan başqa, alüminium 0,9%, sinkin qiyməti isə 0,4% ucuzlaşıb.

Qərb mediasının yaydığı məlumata görə, cari rüb 2008-ci ildən bəri metallar üçün ən pis dövrdür. Bu, dünya iqtisadiyyatında tənəzzül proseslərinin gözlənilməsi ilə əlaqədardır ki, bu da öz növbəsində bu növ xammala olan tələbatın azalmasına səbəb olur.

Mütəxəssislər ənənəvi olaraq qeyd edirlər ki, misin qiymətinin dəyişməsi dünya iqtisadiyyatının yaxın gələcəkdə hansı istiqamətə yönəldiyini göstərir. Onların fikrincə, bir çox sənaye sahələrində istifadə olunan metalın qiymətinin aşağı düşməsi qlobal iqtisadi vəziyyətin daha da pisləşəcəyi ehtimalının yüksək olduğunu göstərir.

 


 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər