KİV: Yunanıstanda 13 nəfər Gürcüstan vətəndaşı saxlanıldı
Yunanıstan mətbuatının məlumatına görə, genişmiqyaslı xüsusi əməliyyat nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları quldurluq, oğurluq və soyğunçuluqda ittiham olunan 13 Gürcüstan vətəndaşını saxlayıblar.
lnterPress. ge xəbər verir ki, bu barədə yerli medialar məlumat yayıb.
Media qrupun lideri kimi 72 yaşlı Kako Bilanişvilinin adını çəkir və onun fotolarını dərc edir.
Saxlanılan şəxslər 72 yaşlı Kako Bilanişvili, 33 yaşlı Beka Balaxadze, 31 yaşlı Lika Jvaniya, 26 yaşlı Zaza Tevzadze, 38 yaşlı Davit Rubaşvili, 30 yaşlı Mixeil Şankulaşvili, 27 yaşlı Cemal Lejava, 32 yaşlı Laşa Cimşitaşvili, 31 yaşlı Otar Tinadze, 41 yaşlı Raşid Mahmudi, 31 yaşlı Giorgi Jvarşeişvili, 38 yaşlı Şalva Kuxianidze və 41 yaşlı Davit Bardzimadzedir.
Ümumilikdə onların qarət etdikləri əşyaların dəyəri 434 min avronu keçir. Ümumilikdə 47 quldurluq faktı müəyyən edilib.
KİV-in məlumatına görə, qənimətin satışı əsasən Afinada yerləşən və sahibi də həbs olunan gürcü restoranlarından birində həyata keçirilib. Saxlanılanların bəziləri əvvəllər məhkum olunub, bəziləri isə bir neçə il əvvəl Yunanıstandan qovulublar, baxmayaraq ki, onlar hələ də dəyişdirilmiş soyadı ilə qayıtmağa nail olublar.
“Qanuni oğru” Kako Bilanişvilinin vəkili isə, Yunanıstan mətbuatının yaydığı məlumatı təkzib edib və onu yalan adlandırıb.


