Yens Stoltenberq: "Gürcüstan üçün əsas diqqət onun NATO üzvlüyünə doğru irəliləməsinə kömək edəcək islahatlara yönəlib"
NATO-nun baş katibi Yens Stoltenberq deyir ki, Gürcüstan üçün əsas diqqət hələ də onun NATO üzvlüyünə doğru irəliləməsinə kömək edəcək islahatlara yönəlib.
InterPress.ge xəbər verir ki, eyni zamanda Stoltenberq izah edir ki, yeni üzvlə bağlı istənilən qərar NATO üzvlərinin hamısının razılığını tələb edir.
“NATO üzvlüyünə can atan üç ölkə var. Bunlar Ukrayna, Gürcüstan və Bosniya-Herseqovinadır. Gürcüstan və Ukrayna iki fərqli ölkədir. Hazırda əsas diqqət Ukraynaya, Ukraynanın müstəqil, suveren dövlət kimi mövcud olması üçün dəstək verilməsinə yönəlib. Əsas diqqət budur, indi əsas diqqət üzvlüklə bağlı deyil. Gürcüstan üçün əsas diqqət NATO üzvlüyünə doğru irəliləməyə kömək edəcək islahatlara yönəlib. Siz bilirsiniz ki, yeni üzvlə bağlı istənilən qərar yekdil dəstək tələb edir, bütün üzvlərin razılığı tələb olunur və NATO daxilində indi növbəti addımı atmaq və üzvlüklə bağlı fəaliyyət planına malik olmaq üçün razılaşmamız yoxdur. Diqqəti islahatlara yönəldin və ümid edirəm ki, bir gün biz bir addım da irəli gedə biləcəyik”, - Yens Stoltenberq bildirib.


