25 
Iyl
2022
11:15
443

Yunanıstanda Gürcüstan vətəndaşı tikintidə elektrik cərəyanı vurması nəticəsində həyatını itirib

Yunanıstanda 47 yaşlı gürcü elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

lnterPress.ge xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Məlumata görə, kişi bədənində yanıq xəsarətləri ilə tibb müəssisəsinə aparılsa da, həkimlər onu xilas edə bilməyiblər. O, Volos xəstəxanasında dünyasını dəyişib.

Gürcü özəl şirkətlərdən birində muzdlu işçi olub. O, istixananın tikintisində işləyirdi. 47 yaşlı kişini boru tutarkən elektrik cərəyanı vurub. Mövcud məlumata görə, o, açıq elektrik naqilinə toxunub.

“Qəza o, konstruksiyanın üstündə, metal çərçivədən təxminən beş metr hündürlükdə, PPC kabeli ilə də təmasda olan metal boruyu tutarkən baş verib və nəticədə elektrik cərəyanı vurub.

Əcnəbi, digər işçilərin ifadəsinə görə, iş əlcəyi geyinib, lakin çox güman ki, elektrik qoruyucu olmayıb.

Dərhal təcili yardım çağırılıb və bədəninin böyük nahiyəsində yanıq xəsarətləri alan 47 yaşlı kişi əvvəlcə sağlamlıq mərkəzinə, sonra isə Volos xəstəxanasına aparılıb. Lakin, o,  Volos xəstəxanasında dünyasını dəyişib",- deyə yunan mətbuatı yazıb.

Verilən məlumata görə, dəfn prosedurlarının xərcləri texniki şirkət tərəfindən qarşılanıb. 47 yaşlı kişinin heç bir qohumu orada olmayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər