04 
Avq
2022
16:30
520

7 yaşlı uşağın ölümü ilə bağlı urologiya mərkəzinin həkimləri dindirilib

7 yaşlı uşağın ölümü ilə bağlı Milli Urologiya Mərkəzinin həkimləri sorğuda olublar.

lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Verilən məlumata görə, Daxili İşlər Nazirliyi 7 yaşlı uşağın ölümü ilə bağlı Cinayət Məcəlləsinin 116-cı (ehtiyatsızlıqdan insan ölümünə səbəb olma) maddəsi ilə araşdırmalara başlayıb.

Xatırladırıq ki, Tibbi və Əczaçılıq Fəaliyyətini Tənzimləmə Agentliyi Milli Urologiya Mərkəzində 7 yaşlı uşağın ölümü ilə bağlı işin araşdırılmasına başlayıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, dünən Tibb və Əczaçılıq Fəaliyyətini Tənzimləmə Agentliyi klinikaya daxil olub.

Məlumat üçün bildirək ki, Manaqadze adına Milli Urologiya Mərkəzində 7 yaşlı uşaq anesteziyadan sonra dünyasını dəyişib. Ailə üzvləri həkimləri səhlənkarlıqda ittiham edir. Ölən uşağın anasının sözlərinə görə, 7 yaşlı uşağa həddindən artıq dozada anesteziya verilib.

 

 

Bizimlə əlaqə saxlayın