Roman Qoçiridze: "İvanişvilinin Ruruanı azadlığa buraxması üçün yalnız bir kiçik addımı qalıb"
Artıq finişə doğru addımlayırıq. Yalnız bir kiçik addım qalıb və ümid edirik ki, hakimiyyətin konstitusiya konsisusu deyilən rola və çəkiyə xoşməramlılığı çatacaq.
Bu haqda “ Vahid Milli Hərəkat” fraksiyasının sədri Roman Qoçiridze jurnalistlərə müsahibəsində vurğulayıb.
Deputatın bildirdiyinə görə, əgər hakimiyyət razılığı sonadək yerinə yetirsə və Qiorqi Ruruanı azadlığa buraxsa müxalifət konstitusiya dəyişikliyi paketini 3-cü oxunuşda dəstəkləyəcək.
“Konstitusiya dəyişiklikləri paketinin ikinci dinləmədə təsdiqlənməsini və müstəqil deputatların eləcə də fraksiyaların bu prosesdə iştirakını alqışlayırıq. İvanişvilinin heç bir siyasi resursu yoxdur ki ikinci dəfə beynəlxalq tərəfdaşları, öz xalqını və müxalifəti aldatsın.Faktiki olaraq hesab edə bilərik ki , konstitusiya qəbul edilib. Əgər razılıq sonadək yerinə yetirilərsə biz konstitusiya dəyişikliyi paketini 3- cü dinləmədə dəstəkləyəcəyik.
Bidzina İvanişvilinin Ruruanı azadlığa buraxması üçün yalnız bir kiçik addımı qalıb və bütün müxalifət partiyaların səs verməsi ilə bu qanunvericiliyin daha çox siyasi ağır çəkisi olacaq. Müxalifət partiyalar bərabər qeyriparlament müxalifət partiyası da dəstkləyəcək. Gördüyünüz kimi artıq sona doğru addımlayırıq. Yalnız bir kiçik addım qalıb və ümid edirik ki, hakimiyyətin konstitusiya konsisusu deyilən rola və çəkiyə xoşməramlılığı çatacaq.Sabah Ruruanın məhkəməsi var. 3- cü oxunuşa bir neçə gün qalıb.Ümid edirik ki razılıq sona qədər yerinə yetiriləcək", - dedi Qoçiridze.