12 
Avq
2022
11:32
453

Zelenski: "Hazırda Zaporojye atom elektrik stansiyasının ətrafında baş verənlər terror dövlətinin ən böyük cinayətlərindən biridir"

Yalnız rusların Zaporojye Atom Elektrik Stansiyasından (AES) tamamilə çıxarılması və Ukraynanın onun üzərində nəzarətinin bərpası Avropada nüvə təhlükəsizliyinin bərpasına zəmanət verəcək.

lnterPress.ge xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, hazırda Zaporojye atom elektrik stansiyasının ətrafında baş verənlər terror dövlətinin ən böyük cinayətlərindən biridir.

“Heç kim atom elektrik stansiyasından bütün dünyanı təhdid etmək üçün bu qədər açıq şəkildə istifadə etməyib. İşğalçıların Zaporojye AES-dən çıxarılmasına dünyada tamamilə hər kəs reaksiya verməlidir. Bu, təkcə Ukraynanın deyil, qlobal maraqlara cavab verir. Yalnız rusların Zaporojye AES-dən tamamilə çıxarılması və Ukraynanın ona nəzarətinin bərpası Avropada nüvə təhlükəsizliyinin bərpasına zəmanət yaradacaq”, - deyə Zelenski bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər