24 
Iyn
2020
11:11
3569

Gürcüstanda koronavirusla bağlı şad xəbər verildi

“Gürcüstanda son sutkada qeydə alınan koronavirusa 3 yeni yoluxma halı idxal olunub”.

InterPress.ge xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib. Bildirilir ki, Gürcüstanda koronavirusun daxili yayılması dayanıb.

Onun sözlərinə görə, bu, Gürcüstan daxilində infeksiyanın yayılmamasının göstəricisidir: “Bu gün istifadə etdiyimiz tədbirlər epidemioloji vəziyyətə effektiv nəzarətə imkan verir”.(report)

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər