24 
Iyn
2020
17:21
680

Kokuridze: "Büdcəmiz daha çətin epidemioloji vəziyyətə və iqtisadi krizis üçün hazır olsun"

Bu il çox həcmli borc götürürük ki, büdcəmiz daha çətin epidemioloji vəziyyətə və iqtisadi krizis üçün hazır olsun.

InterPress.ge xəbər verir ki, bu haqda maliyyə nazirinin müavini Qiorqi Kakuridze parlamentin plenar iclasında qeyd edib.

Onun dəyərləndirməsinə görə, hökumət borcu 60%-dək çatacaq.

“Hökumət borcu bütünlükdə daxili məhsulla təxminən 56%-dək qalxır. Bu yüksək göstəricidir. Büdcənin işlənmiş versiyası ilə bərabər borcun davamlı analizini təqdim etdik. Bütün şoklar nəzərdə tutulub və bu şoklar şərti ilə 60%-i keçməyəcək. Lakin eləcədə milli valyutanın aşağı düşməsini də nəzərə alırıq. Biz bu borcu büdcəmiz daha çətin epidemioloji vəziyyətə və iqtisadi krizis üçün hazır olsun deyə götürürük. Ümid edirik ki, biz bu məbləği tamamilə xərcləməyəcəyik və keçən illə müqayisədə borcumuzu azaltmış olarıq”, - deyə qeyd etdi Kakauridze

2020-ci ildə Gürcüstan hakimiyyəti 6.1 milyard lari xarici borc götürür.

Bizimlə əlaqə saxlayın