26 
Iyn
2020
10:53
761

Futbolçunun ölümü ilə bağlı 17 nəfər saxlanılıb

Futbolçu Qiorqi Şakaraşvilinin ölümü ilə əlaqədar poıis bir neçə gənci saxlayıb.

InterPress.ge xəbər verir ki, Mçxeta Mtianeti polis bölməsində sorğuya çəkilən saxlanılanlar arasında Tenqo Barbakadze də var.

Sözügedən şəxslər arasında vəkil David Çikaidzenin müdafiə etdiyi şəxsdə yer alır. Çikaidzenin açıqlamasına görə onun müdafiəsində olan şəxsi səhər saat 8-də polis tərəfindən saxlanılıb.

Faktla bağlı DİN-dən hələ ki, heç bir məlumat verilmir.

Xatırladaq ki, 19 iyun saat 11:00 radələrində Qiorqi Şakaraşvilinin itməsi barədə valideynləri DİN-ə müraciət ediblər. Polis bölməsinə məlumat daxil olandan dərhal polis və xilasedicilər Qiorqi Şakaraşvilinin axtarışı proseslərini başlayırlar. Axtarışdan 4 gün sonra Qiorqinin cəsədi sudan tapılıb.

Bizimlə əlaqə saxlayın