Polis xarici ölkə vətəndaşlarının avtomobillərindən əşya və pul oğurlayan 2 nəfəri saxladı
Daxili İşlər Nazirliyinin Mtsxeta-Mtianeti Polis İdarəsinin əməkdaşları əvvəllər məhkum olunmuş şəxsləri:1969-cu il təvəllüdlü D.Q. və 1971-ci il təvəllüdlü İ.P -ni mütəşəkkil dəstə tərəfindən çoxsaylı oğurluqda ittiham edərək Kazbeqi bələdiyyəsində saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər skaner vasitəsilə xarici ölkə vətəndaşlarına məxsus avtomobilləri açıblar, oradan şəxsi əşyaları və pulları oğurlayıblar.
Aparılan istintaq tədbirləri nəticəsində polis təqsirləndirilən şəxsləri saxlayıb. Oğurlanmış əşyalar və pul maddi sübut kimi götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 1-ci hissəsinin “B” yarımbəndi və 3-cü hissəsinin “A” yarımbəndi ilə aparılır.
Cinayət 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


