Gürcüstanda fəaliyyət göstərən təşkilatlar Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı rəsmi qrumlara bəyanat ünvanlayıb
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi, Aylans Gənclər Mərkəzi və Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi Ermənistan Silahlı Qüvvələrinin 12 sentyabr 2022-ci il tarixində həyata keçirdiyi genişmiqyaslı təxribatlarla bağlı Gürcüstan Prezidenti Salome Zurabişviliyə, Baş nazir İrakli Qaribaşviliyə, Gürcüstan Parlementinə, Gürcüstan XİN-ə, UNICEF Gürcüstana və NATO mərkəzinə bəyanat ünvanlayıblar.
InterPress.ge xəbər verir ki, qeyd olunan təşkilatlar məktubda rəsmi İrəvanın Azərbaycan və Ermənistanın sülh danışıqlarına növbəti hücumundan dərin narahatlığını bildiriblər və beynəlxalq tərəfdaşların Ermənistanın təcavüzkar siyasətinə qarşı təzyiqinin artırılmasını xahiş ediblər.
Bəyanatlarda Ermənistan Silahlı Qüvvələrinin təxribatçı qruplarının Azərbaycan ordusunun bölmələrinin mövqelərinə və müxtəlif istiqamətlərdə təhlükəsizlik yollarına mina düzdükləri bildirilib. Azərbaycan hərbiçilərinin Daşkəsən, Kəlbəcər və Laçın rayonlarında müxtəlif çaplı silahlar, o cümlədən minaatanlara məruz qaldığı, nəticədə Azərbaycan Silahlı Qüvvələrində həlak olanların olduğu və hərbi infrastrukturun ziyan gördüyü vurğulanıb. Azərbaycan tərəfinin başlatdığı sülh prosesinə Ermənistanın məhəl qoymadığı və buna təxribatla cavab verdiyi vurğulanıb. Ermənistanın Azərbaycanın irəli sürdüyü beş sülh təklifini qəbul etdiyini söyləməsinə baxmayaraq, müxtəlif səbəblərlə həll prosesini ləngitdiyi, beynəlxalq səylə başladılan danışıqlara destruktiv mövqe göstərdiyi, sülh gündəliyinə, üçtərəfli bəyanatlara uymadığı bildirilib.
Eləcədə bəyanatda qeyd olunub ki, Ermənistanın Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə əldə edilən razılaşmanı pozaraq öz əsgərlərini Azərbaycan ərazisindən çıxarmadığı, bunun Ermənistanın sülh prosesi ilə maraqlı olmadığının və Azərbaycana hücm etməyi qarşısına məqsəd qoyduğunun bir sübut olduğu qeyd olunub. Bildirilib ki, son vaxtlar Ermənistanda istehsal olunan minaların Laçın ərazisinə yerləşdirilməsi və Ermənistan tərəfinin rabitə və nəqliyyat marşurutlarının açılması işlərinə yeni şərtləri gətirməsi bir daha bunu sübut edir. Ermənistan tərəfinin 10 noyabr 2020-ci ildən azad edilmiş ərazilərdə mina və digər partlayıcı vasitələr yerləşdirməsinin 8 hərbi xidmətçinin və onlarla mülki vətəndaşın və 33 hərbiçinin ölümünə səbəb olduğu bildirilib.
Təxribatlara, qarşıdurmalara və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi və siyasi rəhbərliyinin üzərinə düşdüyü bəyan edilib.
Vəziyyətin təkrarlanmaması üçün beynəlxalq hüquq səviyyəsində praktiki addımların atılması və erməni tərəfini sülhə dəvət etmək məqsədilə revanşizm ideyalarını sonlandırmaları üçün səylərinin artırılması xahiş olunub.


