27 
Iyn
2020
14:44
612

Məcburi köçkünlər agentliyi bir il ərzində 734 məcburi köçkün ailəsinə kənd evi alıb

Qaçqınlar, ekomiqrantlar və mövcud mənbələrlə təminetmə agentliyi son 1 il ərzində 734 məcburi köçkün ailəsinə kənd evi alıb.

InterPress.ge xəbər verir ki, bu haqda məlumatı agentlik yayır.

“Agentliyin direktoru Besarion Simonişvili, Zuqdidi və Senaki bələdiyyələrində qaçqınlar üçün verilmiş evləri Sameqrelo-Yuxarı Svanetinin qubernatoru müavini David Verava və Senaki bələdiyyəsinin meri Levan Kupreişvili ilə bərabər nəzərdən keçirib. Kənd evi layihəsi çərçivəsində qaçqın ailələr evləri özləri seçiblər.

Qeyd edək ki, qaçqınlar üçün alınan evlərin çoxunun kənd təsərrüfatı torpaq sahələri də var. Bu isə sözügedən ailələr üçün bir gəlir mənbəyi olacaq. 2020-ci ilin sonunadək agentlik məcburi köçkün ailələrə əlavə olaraq 700 ev satın alacaq”, - məlumatda qeyd edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər