Vahid Milli Hərəkat partiyasının üzvü DTX-da dindirilib
Vahid Milli Hərəkat partiyasının üzvü Ramo Əhmədov Dövlət Təhlükəsizlik Xidmətində dindirilib.
Bu barədə InterPress.ge-yə Ramo Əhmədovun özü məlumat verib.
Onun bildirdiyinə görə, DTX-ya çağırılma səbəbi Marneulidə çəkilən süjetlə bağlı olub.
Əhmədov dindirilmə zamandı süjetdə yayımlananlarla bağlı heç bir məlumatı olmadığını deyib.
Xatırladaq ki, 2020-ci il 20 iyunda “Mtavari Arxi”-nin efirində Marneulidə koronavirusla bağlı süjet efirə çıxıb.
Süjetdə söhbət gedir ki, Marneuli munisipalitetində müxtəlif səbəblərdən vəfat edən şəxslərin ailə üzvlərinə, tibb işçiləri və hakimiyyət nümayəndələri, vəfat etmənin səbəbi olaraq yeni koronavirusun adlandırılması müqabilində müəyyən məbləğ (3000-dən 10 000 lariyədək) təklif edilib.
Ötən gün, Ərkinaz Quliyeva və Zanura Talıbova DTX-da dindirilmədən çıxdıqdan sonra onlar bildirdilər ki, kanal onların şərhlərinin tərcüməsini çirkinləşdirib və onlara heç bir məbləğ təklif olunmayıb.
Bununla bağlı DTX istintaqa başlayıb. Artıq bir neçə nəfər dindirilib. İstintaq sabotaj maddəsi ilə davam etdirilir.


