26 
Sen
2022
15:49
405

Ölkədaxili ezamiyyətlər üçün gündəlik xərc norması 15 laridən 30 lariyə qədər artır

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumətin iclası keçirilib.

InterPress.ge xəbər verir ki, bununla bağlı hökumət administrasiyası məlumat yayıb.

Məlumata görə, Nazirlər Kabinetinin üzvləri hökumət aparatında keçirilən iclasda gündəliyə daxil olan 21 məsələni müzakirə ediblər.

Müzakirə olunan məsələlər arasında ezamiyyətlərin gündəlik xərclərinin artırılması ilə bağlı hökumətin qərarında dəyişiklik edilməsi də olub.

“Xüsusən, ölkədaxili ezamiyyətlər üçün gündəlik xərclərin norması hazırkı 15 laridən 30 lariyə yüksəldilir, ölkədən kənarda ezamiyyətlər və yaşayış sahəsinin kirayəsi üçün gündəlik xərclərin normaları isə hər bir ölkənin reallığına görə müəyyən edilir. 

Dəyişiklik nəticəsində həm ölkə daxilində, həm də xaricə ezamiyyətlər zamanı gündəlik və yaşayış sahəsinin kirayəsi xərclərinin mövcud reallığa mümkün qədər uyğunluğu təmin ediləcək.

Həm dövlət, həm də özəl sektor yenilənmiş normaları rəhbər tutacaq və onlar üçün maliyyə nazirinin əmri ilə oxşar normalar müəyyən ediləcək”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın