09 
Fev
2020
22:29
969

Koronavirusa yoluxanların sayı daha bir ölkədə artdı

İspaniyada daha bir nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

InterPress.ge Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə İspaniya Milli Mikrobioloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Malyorka bölgəsində 4 nəfərdən analizlər götürülüb və onlardan birinin koronavirusa yoluxduğu aşkarlanıb.

Bununla da İspaniyada koronavirusa yoluxanların sayı 2-yə çatıb.

Xatırladaq ki, 2019-cu il dekabrın 12-də Çinin Uhan şəhərində kütləvi şəkildə yayılan epidemiya nəticəsində ölkədə 813 nəfər ölüb, 37 198 nəfər isə virusa yoluxub. Onlardan 6 188nəfərinin vəziyyəti ağırdır. Bundan başqa, 28 942 nəfər koronavirusa yoluxmaqda şübhəli sayılır, daha 188 183 insan isə müşahidə altındadır. Eyni zamanda 2 656 yeni yoluxma faktı qeydə alınıb. Bu səbəbdən bir çox ölkə Çindən və epidemiyanın yayıldığı vilayətdən vətəndaşlarını təxliyə edib.

Ümumiyyətlə, virus Çin də daxil olmaqla 28 ölkədə aşkarlanıb. Artıq Çin Milli Səhiyyə Komitəsi kod adı 2019nCoV olan virusu "Yeni koronavirus pnevmoniyası" (NCP) adlandırıb. Ümumdünya Səhiyyə Təşkilatı isə epidemiyanın yayılması ilə əlaqədar beynəlxalq səviyyəli fövqəladə vəziyyət elan edib.

Bizimlə əlaqə saxlayın