20 
Sen
2026
18:17
104

OXU Təhsil Mərkəzinin yetirməsi şahmat yarışında I yerə çıxıb

19–20 sentyabr tarixlərində Gürcüstan Şahmat Federasiyasının təşkilatçılığı ilə şahmat üzrə yarış keçirilib.

InterPress.ge xəbər verir ki, yarışda OXU Təhsil Mərkəzinin şahmat klubunun üzvü Əli Aslanov 4-cü dərəcənin ilk turunda iştirak edib. O, mümkün 7 xaldan 6,5 xal toplayaraq yarışda I yerə çıxıb.

Qeyd edək ki, gənc şahmatçı ötən həftə keçirilən 5-ci dərəcənin ikinci mərhələsində də uğurlu nəticə göstərərək yarışın qalibi olub.

Beləliklə, Əli Aslanov qısa müddət ərzində ardıcıl iki yarışda yüksək nəticə göstərib. Qarşıda onu 4-cü dərəcənin son turu gözləyir.

Növbəti mərhələdə uğurlu çıxış edəcəyi təqdirdə şahmatçı 3-cü dərəcə yarışlarında mübarizə aparmaq imkanı əldə edəcək.

Bizimlə əlaqə saxlayın