21 
Okt
2022
12:18
276

Prokurorluq Mtsxeta merinin keçmiş nümayəndəsinə ittiham irəli sürdü

İki nəfərə qarşı vəzifə saxtakarlığı, dələduzluq, dələduzluğa köməklik göstərmək və saxta rəsmi sənəd hazırlamaq və istifadə etmək maddələri ilə cinayət işi başlanıb.

InterPress.ge xəbər verir ki, bu barədə Prokurorluq məlumat verib.

Məlumata görə, aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Mtsxeta merinin 2019-2021-ci illərdə Saquramo inzibati vahidində işləmiş nümayəndəsi 2020-ci ildə 3000 kvadratmetr torpaq sahəsinin Saquramoda atasına verildiyini bildirən saxta sənəd tərtib edib. Sözügedən saxta sənəd əsasında Mtsxeta merinin nümayəndəsinin atası dələduzluq yolu ilə 500 min lari dəyərində daşınmaz əmlakı mənimsəyib.

Mtsxeta merinin keçmiş nümayəndəsi Cinayət Məcəlləsinin 341-ci maddəsi, 25,180-ci maddəsinin 3-cü hissəsinin “b” yarımbəndi, 180-ci maddəsinin 3-cü hissəsinin b” yarımbəndi və 362-ci maddəsinin 2-ci hissəsinin “b” yarımbəndi ilə ittiham edilib.

Hər iki təqsirləndirilən şəxs istintaqla əməkdaşlıq edərək cinayəti etiraf edib. Məhkəmənin hökmü ilə onlar dələduzluq yolu ilə alınmış torpaq sahələrindən məhrum ediləcəklər.

Prokurorluq tərəfindən analoji cinayətləri törədən şəxslərin müəyyən edilərək ifşa olunması istiqamətində araşdırmalar davam etdirilir.

Bu günə qədər Şida Kartli və Mtsxeta-Mtianeti regionunda 83 nəfər, o cümlədən 6 dövlət qulluqçusu dövlət mülkiyyətində olan torpaqları dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinib, 5 milyon 33 min lari dəyərində daşınmaz əmlak dövlətə qaytarılıb.

Bizimlə əlaqə saxlayın