21 
Okt
2022
13:17
482

Şagirdin müəllim tərəfindən döyülməsi ilə bağlı araşdırmalara başlanıldı

Qurcaanidə 7 yaşlı uşağa sinif yoldaşları və müəllim tərəfindən zorakılıq edilməsi ilə bağlı araşdırmalara başlanılıb.

InterPress.ge xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin zorakılıq törətmə (126-cı) maddəsi ilə araşdırma aparılır.

İkinci sinif şagirdinin anası Eka Qoqinaşvili “Formula”ya sinif yoldaşlarının oğlunun boğazına məftil keçirdiklərini deyib və o, uşağın boğazından aldığı zədənin fotosunu paylaşıb.

“Uşaqlar arasında fikir ayrılığı olub. Sinif yoldaşları oğlumun boğazına məftil keçiriblər. Uşağım boğulduğunu söyləyib. Sonra da cavab olaraq övladımın boğazına məftil keçirən sagird oğlumun üzünə şillə vurub. Müəllim bu vəziyyətin şahidi olub və müəllim də Nikolozun üzünə şillə vurub. Bütün bunları müdirliyə və resurs mərkəzinə bildirdim. İndi istintaq gedir. Nazirlik də bilir. Mən məlumatı Nazirliyə çatdırana qədər heç bir reaksiya yox idi”, - Qoqinaşvili bildirib.

Onun sözlərinə görə, hadisə təxminən bir ay əvvəl baş verib.

Qurcaani Təhsil Resurs Mərkəzinin direktoru Dali Mindiaşvili deyib ki, həm mühafizəçilər, həm də məktəb rəhbərliyi “hər şeyi düzgün edib” və araşdırma aparılır.

“Bu istintaqa heç nə mane olmamalıdır, o, sakit aparılmalı və nizam-intizam komitəsinin iclası qeyd edilməlidir”, – Dali Mindiaşvili bildirib.
 

Bizimlə əlaqə saxlayın