10 
Fev
2020
12:19
901

Gürcüstan MSK Azərbaycanda Milli Məclis seçkiləri ilə bağlı açıqama verdi

"Azərbaycan Mərkəzi Seçki Komissiyası bu seçkilərdə kifayət qədər təqdirəlayiq fəaliyyət göstərib. Biz seçkilər üçün ayrılan müddətin qısa bir dövrü əhatə etdiyini nəzərə alsaq, o zaman bunu təqdirəlayiq hesab etməyə borcluyuq. Mən buna görə də azəbaycanlı həmkarlarımı təbrik edirəm".

InterPress.ge Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini müşahidə edən Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədr müavini Georgi Şarabidzekeçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanda Milli Məclisə keçirilən seçkilərdə sağlamlıq məhdudiyyətli seçicilər üçün yaradılan şərait seçkilərin daha da inklüziv keçirilməsinə töhfəsini verib:

"Biz Bakıdakı dairələr üzrə ümumilikdə 10 məntəqədə müşahidələr aparmışıq. Bütün seçki məntəqələri 08:00-da açıq elan edilmişdi, eyni zamanda bütün hazırlıq işləri bu ana qədər tam yekunlaşmışdı. Müşahidə etdiyimiz məntəqələrdə hər hansı bir neqativ halla rastlaşmamışıq. Çünki hər kəs öz işini layiqli şəkildə icra edirdi. Seçicilər səs verirdi, müşahidəçilər və komissiya üzvləri də öz işlərini icra edirdilər. Həm müşahidəçilərin, həm də partiya nümayəndələrinin seçkiləri izləmək üçün obyektiv şərait yaradılmışdı".

Gürcüstan Mərkəzi Seçki Komissiyasının İnsan Resursları üzrə nümayəndəsi Georgi Kalandarişvili isə bildirib ki, 5000-dən çox seçki məntəqələri ilə müqayisədə 10-dan çox məntəqədə keçirdikləri müşahidələr ümumi seçkinin mənzərəsini açmağa kifayət etmir:

“Amma biz müşahidələr apardığımız dairələrdə mümkün qədər öz fəaliyyətimizi genişləndirməyə çalışmışıq. Xüsusilə qeyd edim ki, müşahidə apardığımız seçki məntəqələrini özümüz seçmişdik. Bu da prosesin şəffaflığının göstəricilərindən biridir. Seçki məntəqələrini həm daxildən, həm də xaricdən müşahidə etmişik. Bu zaman hər hansı kənar və süni yaradılmış müdaxilələrə rast gəlmədik”.

Bizimlə əlaqə saxlayın