27 
Okt
2022
19:00
324

Xüsusi İstintaq Xidməti şəxsi həyatın toxunulmazlığını pozduğuna görə beş nəfəri həbs edib

Xüsusi İstintaq Xidməti tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cari ilin oktyabr ayında müxtəlif cinayət işləri üzrə şəxsi həyat sirrini pozma və qanunsuz olaraq şəxsi yazışmalar əldə etmə faktları üzrə 5 nəfər saxlanılıb. 

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Xüsusi İstintaq Xidməti yayıb.

"Xüsusi İstintaq Xidməti tərəfindən aparılan istintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda onlarla münasibətdə olan zərərçəkmişlərin çılpaq bədənlərinin fotolarını, videolarını, intim və şəxsi yazışmalarını saxlayıb, sosial şəbəkələrdə, onları zərərçəkmişin qohumlarına və dostlarına mobil telefonlar vasitəsilə göndərib, bəzi hallarda isə sözügedən video və foto materialdan zərərçəkmişlərlə əlaqəni davam etdirmək üçün şantaj vasitəsi kimi istifadə edilib.

Xüsusi İstintaq Xidmətinin əldə etdiyi sübutlar əsasında Gürcüstan Prokurorluğu saxlanılan şəxsləri Gürcüstan Cinayət Məcəlləsinin 157 prima, 159-cu maddəsinin birinci və ikinci hissələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham edib.

Qeyd olunan faktlarla bağlı Xüsusi İstintaq Xidməti tərəfindən araşdırmalar davam etdirilir.

İctimaiyyətə xatırlatmaq istərdik ki, 2022-ci il martın 1-dən etibarən xidmətin istintaq yurisdiksiyasına rəsmi cinayətlərlə yanaşı, Gürcüstan Cinayət Məcəlləsinin 157, 157 prima, 158 və 159-cu maddələrində nəzərdə tutulmuş cinayətlər də daxildir ( şəxsi həyatı əks etdirən məlumatların, şəxsi məlumatların və şəxsi həyatın sirrinin pozulması, o cümlədən şəxsi ünsiyyətin sirrinin pozulması və şəxsi yazışmaların, telefon danışıqlarının və mesajların sirrinin digər üsullarla pozulması) də araşdırılıb",- Xüsusi İstintaq Xidmətinin məlumatında qeyd olunub.

Bizimlə əlaqə saxlayın