14 
Nybr
2022
14:51
689

İstanbulda törədilən terror aktı zamanı trotildən istifadə edildiyi müəyyən edildi

İstanbulda törədilən terror aktı zamanı partlayıcı qurğu kimi trotildən istifadə edildiyi müəyyən edilib. 

InterPress.ge xəbər verir ki, bu sözləri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.

Soylunun  sözlərinə görə, terror aktını törədən qadın dindirilmə zamanı Türkiyəyə Kürd İşçi Partiyası və Suriya Kürd Xalq Müdafiə Birliklərinin üzvləri tərəfindən göndərildiyini etiraf edib. Məlumata görə, o, Suriyanın Afrin şəhərindən qanunsuz yolla Türkiyəyə gəlib.

Türkiyənin daxili işlər nazirinin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları terror aktı ilə bağlı 46 şübhəlini saxlayıblar.

“Onların arasında terror aktını törədəni məhv etməyi tapşırdıqları terrorçu da var idi. Onu saxlamasaydıq, bu gün Yunanıstana qaçacaqdı”, - deyə Soylu bildirib. 

Bundan əlavə, Türkiyənin daxili işlər naziri İstanbulda baş verən terror aktı ilə bağlı ABŞ səfirliyinin yaydığı bəyanata münasibət bildirib.

Soylu “ABŞ səfirliyinin İstanbuldakı terror aktı ilə bağlı başsağlığını qəbul etmirik" deyib.

İstanbulda terror aktı noyabrın 13-də baş verib. Nəticədə 8 nəfər həlak olub, 81 vətəndaş yaralanıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər