10 
Fev
2020
17:07
999

Soyuq günlərdə yanınızdan ayırmayın - QANINIZ ARTACAQ, ƏSƏBLƏRİNİZ SAKİTLƏŞƏCƏK

Rusiyalı fitoterapevt Anjelika Dyuval xurmanın faydasını açıqlayıb.

InterPress.ge bildirir ki, həkimin sözlərinə görə, xurma A, B və C vitamini ilə zəngindir:

"Xüsusilə payızda əhəmiyyətli olan bu vitaminlər immuniteti gücləndirir, orqanizmi müxtəlif infeksiyalara qarşı möhkəmləndirir və əsəb sistemini tənzimləyir. Xurmanı həftədə 2-3 dəfə, tər halda istifadə edin".

Həkim sözlərinə əlavə edib:

"Xurma yod və dəmirlə zəngindir, onlar isə orqanizmə istənilən vaxt lazımdır. Meyvə anemiya və ürək-damar sistemi xəstəlikləri ilə üzləşənlər üçün xüsusilə əvəzedilməzdir. Tərkibində az miqdarda turşu olduğundan, mədə xəstəlikləri olanlar da istifadə edə bilər. Üzümdən fərqli olaraq xurma az kalorilidir. Diabetlərin gündə 1 xurma yeməsi tövsiyə olunur. Sağlam şəxslər isə gündə 2-3 meyvə yeyə bilər".

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər