23 
Dek
2022
11:30
439

Didi Diğomidə 28 yaşlı gənc öldürülüb

Didi Diğomidə 28 yaşlı gənc öldürülüb. 

InterPress.ge xəbər verir ki, hadisə barədə qonşular məlumat verib.

Onların sözlərinə görə, gəncin evinə girərək 10 -a yaxın bıçaq zərbəsi vurublar.

“Qonşular polisə zəng vurdular ki, Qiorqi  yaralıdır, qışqırıqları eşidib bayıra çıxdım. Çoxlu yaraları var idi, adamı bu qədər amansızlıqla necə öldürə bilərdilər, boğazı kəsilmişdi və bundan başqa yenə yaraları var idi. Qatil evə girib  onu yaralayıb.Qiorqi  yaralı halda aşağı düşüb”- qonşulardan biri bildirib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Məlumata görə, qətlin əsas təfərrüatları və cinayətkarın kimliyi məlum deyil. Gəncin meyiti Ekspertiza Bürosuna təhvil verilib. 

Daxili İşlər Nazirliyi hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər