
NATO nədir?
NATO Nədir?
NATO Şimali Atlantika müqaviləsinin təşkilatı-sülhün qorunmasını və üzv olan ölkələrin azadlıqlarının müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini özündə əks etdirən hərbi ittifaqdır. NATO 4 Aprel 1949-cu ildə qurulmuşdur və hazırda 30 üzvü var.
Rusiya Gürcüstanın NATO-ya üzv olmasına qarşı çıxa bilərmi?
Rusiya NATO -ya üzv olmayan bir ölkə kimi, Gürcüstanın NATO-ya üzv olmasına mane ola bilməz. NATO-ya üzv olmaq Gürcüstan əhalisinin əksəriyyətinin müstəqil seçimidir. Hər hansı bir suveren ölkənin təhlükəsizliyini təmin etmək və xarici orientasiyasını müəyən etmək hüququ var. Ölkənin NATO-ya üzv olması qərarını Alyans üzvü dövlətlər konsensus əsasında qəbul edirlər.
NATO -Hücumi təşkilatdırmı ?
NATO -hücumi təşkilat deyil, müdafiəçidir və onun başlıca məqsədi üzv ölkələrin təhlükəsizliyinin təmin edilməsidir. NATO üzv ölkələrin təhlükəsizliyini Alyansın Şimali-Atlantika müqaviləsinin 5-ci maddəsi ilə tənzimləyir, buna əsasən də bir üzvə hücum edilməsi bütövlükdə Alyansa yeridilən hücum kimi nəzərdən keçirilir.
İşğal edilmiş ərazilər NATO -ya üzv olmasına mane olurmu?
NATO-nun heç bir hüquqi sənədində verilmir ki , ölkənin işğal edilmiş əraziləri NATO -ya üzv olmasına mane olur. Bu meyarlarla, hal-hazırda Rusiya tərəfindən işğal edilmiş Abxaziya və Çxinvarli regionları daxil olmaqla, NATO -ya üzv ola bilər.
Mətnin müəllifi: Mülki jurnalist Səmayə İsayeva