06 
Yan
2023
20:46
500

Qudauri-Kobi yolu nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb

Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağan olunub.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat verir.

Məlumata görə, güclü qar yağması ilə əlaqədar Mçxetanın Qudauri (post)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib. Beynəlxalq əhəmiyyətli Stepancminda-Larsi avtomobil yolu, digər növ motorlu nəqliyyat vasitələrinin hərəkəti üçün açıqdır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər