2022-ci ildə neçə tələbənin statusu dayanıb?
2022-ci ildə 36 156 tələbənin statusu dayandırılıb.
InterPress.ge xəbər verir ki, bu barədə “İnterpress News” məlumat verib.
Onların məlumatına görə, 36 156 tələbədən 15 013-nün statusu maliyyə borcuna görə dayandırılıb ki, bu da 42% təşkil edir.
Tələbə statusunun dayandırılmasının səbəbi tələbənin şəxsi bəyanatı ola bilər (səbəbi göstərilmədən); mübadilə təhsili proqramı çərçivəsində təhsil istisna olmaqla, xarici ölkədə, ali təhsil müəssisəsində təhsil almaq; hamiləlik, doğuş, uşağa qulluq və ya sağlamlığın pisləşməsi; maliyyə borcu və ya ali təhsil müəssisəsinin nizamnaməsi ilə nəzərdə tutulmuş digər hallar.
Bundan əlavə, dayandırılmış tələbə statusu aktivləşdirmək hüququna malikdir və tələbə statusu bir neçə dəfə dayandıra bilər.
Bir ali təhsil müəssisəsində statusu dayandırılan tələbə digər ali təhsil müəssisəsində təhsil ali bilər.


