11 
Yan
2023
15:04
3931

Avropa könüllülük və mübadilə proqramları (Erasmus+) - VİDEO

Hər il dünyanın dörd bir yanından minlərlə tələbə təhsil almaq üçün Avropa ölkələrinə müraciət edir. Bunun ən başlıca səbəblərindən isə Avropa ölkələrində yüksək keyfiyyətli təhsil sistemi, uyğun qiymətli ali təhsil müəssisələrinin və digər ölkələrə nisbətən aylıq yaşam xərclərinin münasib və universiteti bitirdikdən sonra isə geniş iş imkanlarının olmasıdır. İtaliya, Almaniya, Polşa, Macarıstan kimi ölkələr isə Avropanın təhsil sistemi ilə fərqlənən ölkələridir. Lakin Avropa ölkələrində təhsil almaq əcnəbi tələbələr üçün baha başa gəlir. Bu zaman tələbələr Avropa ölkələrində təhsil almaq arzularını təqaüd proqramları vasitəsilə həyata keçirirlər. Bu prokqramlardan biridə Erasmus proqramıdır.

Erasmus Xaricdə təhsil almaq istəyən tələbələrin ən çox yararlandığı təqaüd proqramıdır. Erasmus proqramı Avropanın 26 ölkəsində yerləşən prestijli universitetlərdə təqaüdlə təhsil almaq imkanı yaradır. Təqaüd proqramı vasitəsi ilə biznes hüquq mühəndislik və s. bir çox ixtisaslarda həm bakalavr həm də magistr dərəcəsi üzrə təhsil ala bilərsiniz.

Zeynəb Həsənova Erasmus+un dətəklədiyi 10 günlük mübadilə proqramı ilə Almanyanın Berlin şəhərində olmuşdur. Erasmus+ haqında olan bəzi suaları cavablandırdıqı video müsahibəyi sizlərə təqdim edirik .

Mülki Jurnalist: Kamil Mustafayev

Bizimlə əlaqə saxlayın