15 
Yan
2023
18:28
675

Qabal kəndinin sakinləri etiraz aksiyası keçiriblər

 Laqodexi Bələdiyyəsində etnik azərbaycanlıların məskunlaşdığı Qabal kəndində aksiya baş tutub.

InterPress.ge xəbər verir ki, Qabal kəndinin sakinləri 70 ildir otlaq kimi istifadə etdikləri torpağın başqasına verməyə planlaşdırıldığını iddia edirlər.

Yerli əhalinin qeyd etdiyinə görə, problemin həlli məqsədilə bir neçə dəfə Laqodexi merinə müraciət etsələr də, heç bir nəticəsi olmayıb.

Qabal kəndinin sakinləri artıq Ədliyyə Nazirliyinə müraciət ediblər.

Bizimlə əlaqə saxlayın