26 
Yan
2023
11:49
156

"Ölkənin gömrük ərazisində sanksiya tətbiq edilmiş yüklərin daşınmasına ciddi nəzarətə başlanılıb"

Sanksiya tətbiq edilən malların və şəxslərin siyahıları təsdiqlənən kimi Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti ölkənin gömrük ərazisində sanksiya tətbiq edilən yüklərin daşınmasına ciddi nəzarət etməyə başlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə maliyyə naziri Laşa Xutişvili Beynəlxalq Gömrük Gününə həsr olunmuş tədbirdə danışıb.

Xutişvili qeyd edib ki, beynəlxalq sanksiyaların tətbiq olunduğu ilk günlərdən Gəlirlər Xidmətinin Gömrük İdarəsinin Gömrük risklərinin idarə olunması şöbəsində sözügedən sanksiyaların icrasına mərkəzləşdirilmiş nəzarəti həyata keçirən müvafiq işçi qrupu yaradılıb.

“Sözügedən dövr ərzində 14 risk profili yaradılıb ki, onların əsasında sanksiya tətbiq edilmiş fiziki şəxslər və şirkətlər tərəfindən Gürcüstanın gömrük ərazisinə qadağan olunmuş malların keçirilməsi, habelə tranzit, ixrac və təkrar ixrac prosedurları müəyyən edilib və nəzarət olunur. Bundan başqa, “Kazbeq” gömrük-keçid məntəqəsində gömrük nəzarəti üçün zəruri olan avadanlıqlar, o cümlədən rentgen skanerləri əlavə olaraq yerləşdirilib. Həmçinin, digər nəzarət-buraxılış məntəqələrinin müvafiq nəzarəti həyata keçirmək imkanları gücləndirilib. Sanksiyaların tətbiqinin ilk günlərindən beynəlxalq sanksiyaların düzgün idarə edilməsi üçün tələb olunan texniki yardımla bağlı strateji tərəfdaşlarımızla bir sıra kommunikasiyalar aparılıb”, - deyə maliyyə naziri Laşa Xutişvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər