27 
Yan
2023
10:48
303

Parlamentdə balıq ovu ilə bağlı yeni qanun nəzərdən keçirilir

Gürcüstan parlamentində Ətraf Mühitə Nəzarət Departamentinin təşəbbüsü ilə irəli sürülmüş qanun layihəsi birinci oxunuşda nəzərdən keçirilir, onun əsasında elektrik cərəyanı, elektrik şoku və ya qadağan olunmuş digər alətlərlə balıq ovuna görə inzibati məsuliyyət ləğv edilir və cinayət məsuliyyəti müəyyən edilir.

InterPress.ge xəbər verir ki,  2022-ci ildə pozuntulara görə tətbiq edilən cərimələrin ümumi məbləği 44 400 lari təşkil edib.

"Ovçuluq qaydalarının pozulmasına qarşı mübarizə Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamentinin prioritet istiqamətlərindən biridir. Qanunsuz balıq ovu faktlarının aşkar edilərək qarşısının alınması, habelə çəkindirici effektin yaradılması məqsədilə son illər idarə tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilib. Onların arasında qanunvericilik istiqamətində - Gürcüstan parlamentində Ətraf Mühitə Nəzarət Departamentinin təşəbbüsü ilə irəli sürülmüş qanun layihəsi birinci oxunuşda nəzərdən keçirilir, onun əsasında elektrik cərəyanı, elektrik şoku və ya qadağan olunmuş digər alətlərlə balıq ovuna görə inzibati məsuliyyət ləğv edilir və cinayət məsuliyyəti müəyyən edilir. Eyni zamanda, idarə tərəfindən dövlət ekoloji nəzarətinin səmərəliliyinin artırılması məqsədilə ekipajlar sistematik olaraq müvafiq vasitələrlə - videoregistratorlar, yan kameralar, dronlar, fototələlər və üzgüçülük vasitələri ilə təchiz edilir.

Ovçuluq qaydalarının pozulmasına qarşı fəal mübarizənin nəticəsidir ki, idarənin aşkar etdiyi faktların sayı ildən-ilə artır. Məsələn, 2022-ci il yanvarın 1-dən dekabrın 31-dək idarənin əməkdaşları tərəfindən 24 saatlıq patrul xidməti, eləcə də qabaqlayıcı tədbirlər nəticəsində qanunsuz balıq ovu ilə bağlı 525 fakt aşkar edilib. 2021-ci ildə 353 qanunsuz balıq ovu faktı aşkar edilib. 2022-ci ildə aşkar olunmuş 525 qanun pozuntusundan 118 faktda cinayət əlamətləri olub və materiallar cavablandırılması üçün aidiyyəti qurumlara göndərilib. Həmin dövrdə Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin  “Qaynar xətt”inə (153) qanunsuz balıq ovu ilə bağlı ümumilikdə 206 məlumat daxil olub. 2022-ci ildə qanun pozucularına tətbiq edilən cərimənin ümumi məbləği 44 400 lari təşkil edir”, - deyə hesabatda bildirilir.

Bizimlə əlaqə saxlayın