27 
Yan
2023
12:27
403

Gürcüstan vətəndaşları arasında Fransada sığınacaq axtaranların sayı rekord həddə çatıb

Gürcüstan vətəndaşları arasında Fransada sığınacaq axtaranların sayı rekord həddə çatıb. 

InterPress.ge xəbər verir ki, 2022-ci ildə Gürcüstanın 8100 vətəndaşı qaçqın statusu almaq üçün ilkin müraciət edib ki, bu da əvvəlki ilin göstəricisindən 114% çoxdur.

Fransa Daxili İşlər Nazirliyinin dərc etdiyi immiqrasiya məlumatlarına görə, 2022-ci ildə ölkənin prefekturalarında sığınacaq üçün 137 046 ilkin müraciət daxil olub, ən çox müraciət edənlər siyahısına  Əfqanıstan (17 000 müraciət), Banqladeş (8 500 müraciət), Türkiyə (8 500 müraciət) və Gürcüstan (8100 müraciət) daxildir. Bundan əlavə, 19 mindən çox müraciətə rədd cavabı verilib.

Qeyd edək ki, 2021-ci ildə 3785 Gürcüstan vətəndaşı Fransaya sığınacaq üçün müraciət edib, onlardan yalnız 93-nün müraciəti təsdiqlənib. 2022-ci ildə ölkədə sığınacaq axtaranların sayı əvvəlki illə müqayisədə 31,3% artıb.
Ötən il yaşayış icazələrinin verilməsi də kəskin artıb. Elə ilk müraciətdə 320 000 müraciət təmin edilib ki, bu da 2021-ci illə müqayisədə 17% çoxdur. Onlardan 108 mindən çoxu ölkəyə gəlmiş tələbələrdir.

Bundan əlavə, 2021-ci illə müqayisədə leqallaşdırılmış qeyri-qanuni immiqrantların sayı da 8% artıb: 2022-ci ildə Fransa sənədləri 34 mindən çox şəxsə verilib.

Həmçinin, mənşə ölkələrinə qayıdanların sayı da artıb: 2022-ci ildə Fransadan öz ölkələrinə 15 396 immiqrant qayıdıb ki, bu da əvvəlki illə müqayisədə 2 min nəfər artım deməkdir.
 

Bizimlə əlaqə saxlayın